​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar Helikopterlərlə tanış olan məktəblilər, hərbi pilotlara suallar veriblər
Hərbi
17 Sentyabr , 2015 11:43
​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar

Bakı. 17 sentyabr. REPORT.AZ/ Məktəblilər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak edən hərbi pilotların qonağı olublar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirliyin informasiyasına görə, qırıcı, bombardmançı, hücum, hərbi-nəqliyyat təyyarələri, eləcə də təlimlərdə iştirak edən döyüş-nəqliyyat, axtarış-xilasetmə helikopterləri ilə tanış olan məktəblilər, hərbi pilotlara maraqlandıqları mövzularda suallar veriblər.

Təlimlərdən və xidmətlərindən danışan hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı məlumatlar verərək, yiyələndikləri peşənin sirləri ilə bölüşüblər.

Məktəblilər bəzi təlim proseslərini izləyib və hərbi pilotlarla xatirə şəkilləri çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi