Yuxarı

Müdafiə nazirlərinin Naxçıvan görüşündə müzakirə olunacaq məsələlərin siyahısı açıqlanıb

Alasaniya: Naxçıvanda nazirlərin görüşü heç kimə qarşı yönəlməyib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycana ikigünlük səfər çərçivəsində Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan və Türkiyənin müdafiə nazirləri ilə Naxçıvanda iki və üçtərəfli görüşlər keçirəcək. Report Gürcüstan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 18-də İrakli Alasaniyanın azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü keçiriləcək. Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. 

Avqustun 19-da Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü nəzərdə tutulub. Bu görüşdə üçtərəfli əməkdaşlıq aspektləri müzakirə olunacaq. Bu zaman regionun strateji enerji-nəqliyyat infrastrukturunun birgə müdafiəsi məsələlərinə xüsusi diqqət yetiriləcək. 

"Üçtərəfli görüşə biz artıq çoxdan hazırlaşırıq. Ötən il gürcü tərəfi bu təşəbbüs ilə çıxış edib. Bu, Azərbaycanda üç nazirin ilk rəsmi görüşü olacaq. Bu görüşlər və onlar çərçivəsində rəsmiləşdirilən razılaşmalar hərbi qarşıdurma zamanı kommunikasiya infrastrukturunun müdafiəsinin planlaşdırılmasına həsr olunacaq. Qeyd etmək istəyirəm ki, bu yalnız təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsinə yönəlib, kiməsə qarşı tuşlanmış addım deyil. Əksinə, bu cür razılaşmalar regionda sabitlik üçün əlavə zəmin yaradır" - deyə, Gürcüstan müdafiə naziri Azərbaycana səfər öncəsi bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi