Ukraynanın Kiyev şəhərində insult keçirən və hazırda orada müalicə olunan Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev “Report”un əməkdaşının suallarını cavablandırıb. Z.Quliyevin müsahibəsini təqdim edirik:
- Zabit müəllim, səhhətiniz necədir, özünüzü necə hiss edirsiniz?
- Hazırda Romodanova adına Neyro-Cərrahiyə İnstitutunda müalicə alıram. Özümü çox yaxşı hiss edirəm.
- Xəstəxanadan çıxacağınız tarix və Bakıya nə vaxt qayıdacağınız bilinirmi?
- Həkimlər həyatım üçün təhlükənin qalmadığını bildirirlər. Həkimlər deyiblər ki, bu həftənin sonunda ambulator müayinəyə buraxılacağam.
- Sizin səhhətinizlə kimlər maraqlanıb?
- Azərbaycan Respublikasının Przedenti cənab
Qeyd edək ki, Zabit Quliyev 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində doğulub. 1993-cü il Milli Orduya çağırılan Z.Quliyev Qarabağ müharibəsində Füzuli, Ağdam, Ağdərə və Tərtər rayonlarında ermənilərə qarşı igidliklə vuruşub. Z.Quliyev ermənilərə məxsus zirehli texnikaları dəfələrlə sıradan çıxaran, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda hər an canını belə fəda etməyə hazır olan cəsur döyüşçü olub. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. Cəbhədə göstərdiyi rəşadətə görə Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ailəlidir, bir övladı var.
Z.Quliyev bu il mayın 7-də Ukraynada insult keçirib.