Yuxarı

İran hərbi gəmiləri Bakıya gəlib

İran hərbi gəmiləri Bakıya gəlib
Demavend minaatan gəmisi və Çoşun reket daşıyan gəmisi Bakı limanında lövbər salıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ İran hərbi gəmiləri Bakı limanına çatıb.

"Report" xəbər verir ki, "Demavend" minaatan gəmisi və "Çoşun" raket daşıyan gəmisi axır ki, Bakı limanında lövbər sala bilib.

Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində 200 nəfərdən ibarət olan gəmilərin ekipajları Bakıyla tanış olacaq, azərbaycanlı həmkarları ilə görüş keçirəcək, eləcə də Azərbaycan hərbçiləri ilə futbol üzrə yoldaşlıq matçında üz-üzə gələcəklər.

Qeyd edək ki, gəmilər əlverişsiz hava şəraitinə görə, sutkaya yaxın müddətdə limanda lövbər sala bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi