İlham Əliyev: "Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir"

İlham Əliyev: "Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir" "Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır"
Hərbi
11 Yanvar , 2017 21:49
İlham Əliyev: Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir

Bakı. 11 yanvar. REPORT.AZ/ "Naxçıvanın hərbi potensialı lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bildirib.

"Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb", - deyə dövlət başçısı əlavə edib.

O, Naxçıvanın hərbi potensialının və müdafiə qabiliyyətinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi