Yuxarı

Həzi Aslanovun xatirəsi yad edilib

Bununla bağlı Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 106 illiyi münasibəti Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən Müharibəsinin əfsanəvi iştirakçılarından olan H.Aslanovun qəhrəmanlıqla dolu həyat yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün nümunədir.

Müharibənin ilk günlərindən od-alov içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə birlikdə neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak edib, orden və medallara layiq görülüb. 

Tədbirdə çıxış edən muzeyin rəisi e.o.polkovnik Əzizağa Qəni-zadə H.Aslanovun keçdiyi şərəfli döyüş yolundan danışıb, onun sovet ordusunda göstərdiyi yüksək əsgəri rəşadətdən bəhs edib.

Sonda tədbir iştirakçıları muzeyin 1939-45-ci illər zalında yerləşən eksponatlarla tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi