Yuxarı
    Bağlamaq

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

    Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər

    Bakı. 13 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların sentyabrın 13-də andiçmə mərasimi keçirilib.

    "Report" xəbər verir ki, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

    Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

    Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi