Heydər Əliyev adına Ali Hərbi Məktəbdə professor və müəllim heyəti ilə təlim-metodiki toplanış başlayıb

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə professor və müəllim heyəti ilə təlim-metodiki toplanış başlayıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış işə başlayıb.
Hərbi
5 Sentyabr , 2018 14:36
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə professor və müəllim heyəti ilə təlim-metodiki toplanış başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış işə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, toplanışda çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov məktəbdə keçən müddət ərzində aparılan fəaliyyətləri təhlil edərək yeni tədris dövründə qarşıda duran vəzifələri, xüsusilə də müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarına çatdırıb.

General-mayor F.Salahov zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Təlim-metodiki toplanış sentyabrın 7-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi