Hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları başa çatıb.
"N" hərbi hissədə keçirilən mükafatlandırma mərasimi xalqımızın ümummilli lideri
Yekun nəticələrə əsasən Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ikinci, Hərbi Hava Qüvvələrinin komandası isə üçüncü yerə çıxıblar.
Fərdi şəkildə qadın hərbi qulluqçular arasında mayor Cəmilə İrəfiyeva birinci, əsgər Pərvanə Heydərova ikinci, əsgər Nilufər Tarverdiyeva və əsgər Məryəm Ziyadxanova üçüncü yerə layiq görülüblər. Kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kapitan Adıköklü Xudeynatov ikinci və çavuş Nurlan Nəzərov üçüncü yerləri qazanıblar.
Yarışın qaliblərinə fəxri fərman, kubok və medallar təqdim olunub.