Yuxarı

Hərbi prokuror: "​Hərbi hissələrdə 270-dən artıq "Etimad qutusu" qoyulub"

Bu, hərbi qulluqçuların müraciətetmə hüquqlarından istifadə edə bilmələrini təmin edir

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın hərbi hissələrində 270-dən artıq "Etimad qutusu" qoyulub.

"Report"un xəbərinə görə, bu barədə "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində respublika baş prokurorunun  müavini - ölkənin hərbi prokuroru Xanlar Vəliyev məlumat verib. O bildirib ki, bu, hərbi qulluqçuların hər hansı bir qanunsuzluğa məruz qaldığı halda müvafiq vaxtında müraciətetmə hüquqlarından istifadə edə bilmələrini təmin edir.

X.Vəliyev xatırladıb ki, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğu tərəfindən hazırlanan "Hərbi Qanunlar Toplusu" "Hərbi Nizamnamələr və "Əsgər Kitabçası" böyük tirajla çap edilərək hərbi hissələrə göndərilib: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi