Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər Məşğələnin məqsədi real döyüş şəraitinə uyğun vəziyyətdə praktiki tətbiqinin yoxlanılması olub
Hərbi
28 Aprel , 2017 14:11
Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər
Mod.gov.az

Bakı. 28 aprel. REPORT.AZ/ Bu ilin döyüş hazırlığı planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alan kursantlar üçün artilleriya təlim mərkəzində “Atış və atəşin idarə edilməsi” fənni üzrə döyüş atışlı praktiki məşğələ keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məşğələnin əsas məqsədi tədris dövründə keçirilən dərslərdə ixtisas hazırlığı üzrə əldə olunan bilik və bacarıqların poliqonlarda, real döyüş şəraitinə uyğun vəziyyətdə praktiki tətbiqinin yoxlanılması olub.
Kursantlar 122 millimetrlik D-30 tipli haubitsalardan döyüş mərmiləri ilə atışları icra etməklə müxtəlif məsafələrdə hərəkət edən və hərəkətsiz hədəfləri məhv etmək üzrə normativ çalışmaları yerinə yetiriblər.
Döyüş şəraitinə tam uyğunlaşdırılmış vəziyyətdə keçirilən təlimdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji keyfiyyətləri yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi