Hərbi Liseydə Dövlət Bayrağı Günü qeyd olunub

Hərbi Liseydə Dövlət Bayrağı Günü qeyd olunub Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə silsilə tədbirlər keçirilib.
Hərbi
9 Noyabr , 2017 16:32
Hərbi Liseydə Dövlət Bayrağı Günü qeyd olunub

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İlk olaraq kursant komandaları dövlət rəmzləri mövzusunda viktorinda biliklərini sınayıblar. Sonra şəxsi heyətin iştirakı ilə təntəntəli bayram mərasimi təşkil olunub.
Tədrisdə yüksək nailiyyətlər qazanmış dərs əlaçıları Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri tərəfindən mükafatlandırılıb.
Bayram mərasimi müxtəlif idman yarışları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi