Yuxarı

Hərbi hissədə görüş keçirilib

Hərbi hissədə görüş keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, N hərbi hissəsinin qərargahında Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi və Azərbaycan Dövlətçiliyinə Milli Dəstək İctimai birliyinin təşkilatçılığı ilə müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin hərbi qulluqçularla görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Mərasim ulu öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası ilə başlayıb.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə dinamik inkişafından və həyata keçirilən islahatlardan danışıblar.

Qonaqlara hərbi-vətənpərvərlik mövzusunda videçarxlar nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi