Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub Bakı. 20 may. REPORT.AZ/ Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.
Hərbi
20 May , 2018 12:09
Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

Bakı. 20 may. REPORT.AZ/ Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Hərbi hissənin zabiti mayor Elçin Kərəmov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. O, bu yubileyin soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla keçirildiyini xüsusi qeyd edib.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Son xəbərlər

Orphus sistemi