Hərbi birlikdə təlim toplantısı keçirilib
Hərbi
- 17 iyul, 2019
- 06:09
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, toplantıya cəlb edilən zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.
Fiziki hazırlıqdan və müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər.
Təlim-metodiki toplantının sonunda tabor, divizion komandirləri və onların müavinləri gecə şəraitində döyüş atışlı təlim zamanı bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.
Son xəbərlər
00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir
Digər ölkələr00:13
Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
Mədəniyyət siyasəti23:52
İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
Digər ölkələr23:33
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
Region23:20
Ermənistanda Türkiyə ilə birgə biznes-forum keçiriləcək
Region22:46
Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb
Region22:34
"Mançester Siti" Entso Fernandes üçün rəsmi təklif göndərib
Futbol22:26