Yuxarı

Hərbi Akademiyada məzunların növbəti buraxılış mərasimi keçirilib

Məzunlara diplomlar və döş nişanları təqdim olunub

Bakı. 26 İyun. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyasında akademiyanın məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra ümümmilli lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.

Sonra general-leytenant H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.

Tədbirin sonunda Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu və Əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi