Yuxarı

Hərbçilərimiz NATO-nun Gürcüstandakı qış dağ təlimində - FOTO

​Hərbçilərimiz NATO-nun Gürcüstandakı qış dağ təlimində

Gürcüstanın Bakuriani bölgəsində qış dağ təlimi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdаfiə Nаzirliyi məlumat yayıb.

NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan təlimdə alyansa yeddi üzv və tərəfdaş ölkədən olan 31 hərbçi qatılıb. Gürcüstanla yanaşı, təlimdə Azərbaycan, ABŞ, Latviya, Ukrayna, Polşa və Belarusdan olan hərbçilər də iştirak edirlər.

Saçxere Dağ Hazırlığı Təlim Mərkəzinin təlimçilərinin köməyi ilə hərbçilər xizəklə maneələrin dəf olunması, qarda sığınacağın qurulması, qar uçqunu zamanı axtarışların həyata keçirilməsi və xəsarət alanların təxliyəsi üsullarını öyrənirlər. Təlim qarlı ərazidə gecələməyi də nəzərdə tutur.

Kursun sonunda hərbçilər imtahan verəcəklər və bu da onlara qış aralıq təlim kursunda iştiraka imkan yaradacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi