Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər - FOTO - VİDEO

Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər - FOTO - VİDEO Bakı. 12 fevral. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.
Hərbi
12 Fevral , 2019 19:29
Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər - FOTO - VİDEO

Bakı. 12 fevral. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimin ssenarisinə əsasən, hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.
Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

Son xəbərlər

Orphus sistemi