Yuxarı

Komitə sədrinin müavini: "Həmin zabitlər çox yanlış yol tutublar, bunu qətiyyətlə pisləyirəm"

"Həmin zabitlər çox yanlış yol tutublar, bunu qətiyyətlə pisləyirəm"

"Neçə il xidmət etməsindən asılı olmayaraq, zabit rütbəsi daşımış istənilən adam öz bəyanatlarına və özünün çıxışlarına xüsusi diqqət yetirməlidir. O, problemlərin qanun çərçivəsində həll edilməsinə çalışmalıdır. O, çıxışlarının hansı nəticə verəcəyini hesablamağı bacarmalıdır. Hesab edirəm ki, həmin şəxslər çox yanlış yol tutublar. Çünki əgər problemi varsa, daha yüksək instansiyalara müraciət edə bilərlər. Onların bu cür bəyanatları heç də Azərbaycana müsbət imic gətirmir və Ermənistanın əlində silaha çevrilirlərsə, mən onların hərəkətini müsbət qarşılamıram".

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan Ordusunun ehtiyatda olan polkovnikləri - Qəhrəman MənsimzadəRövşən Məhərrəmovun ittihamlarına münasibət bildirərkən deyib. 

Aydın Mirzəzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini:

"Həmin zabit və ya zabitlər özünə nə dərəcədə sıxışdırır ki, onların adı Ermənstanın mətbuat silahlarında bir mərmi kimi istifadə ediləcək".

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan dövləti öz hərbçilərinin sosial məsələlərinin həll edilməsini yüksək səviyyədə diqqətdə saxlayır və bundan sonra da saxlayacaq: "Zabit, sadəcə olaraq, peşə deyil. Bu eyni zamanda qürur mənbəyidir. Zabit istənilən məsələni mövcud qanunlar çərçivəsində, həmçinin ölkənin imicinə xələl gətirmədən həll etməlidir. Əgər bunun əlində doğrudan da sənəd varsa, doğrudan da, bunu təsdiqləyəcək material varsa, müvafiq orqanlara müraciət edə bilər və bununla da məsələ araşdırılar. Yoxsa heç bir əsas olmadan diqqəti özünə çəkməyə çalışmaq yolverilməzdir.  Eyni zamanda zabit bilməlidir ki, bunun müraciəti Ermənistanın diqqətini cəlb edir. Ermənistan bunun müraciətindən ölkəmizə qarşı təbliğat müharibəsində istifadə edəcək. Belə olan halda, həmin zabit və ya zabitlər özünə nə dərəcədə sıxışdırır ki, onların adı Ermənstanın mətbuat silahlarında bir mərmi kimi istifadə ediləcək. Axı bunu o, özünə necə rəva bilir? Mən bunu pisləyirəm və hesab edirəm ki, zabit forması geyinmiş və geyinən istənilən adam bu məsələdə özü özünə hesabat verməlidir. Onlar Azərbaycan Ordusunu gözdən sala bilməzlər və bizim buna şübhəmiz yoxdur. Amma sadəcə olaraq buna cəhd edirlər. İstənilən halda onlar özləri özlərinə hesabat verməlidirlər". 

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər.

Q.Mənsimzadə hərbçi kimi ev ala bilmədiyini iddia edir.

R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir. Q.Mənsimzadə və R.Məhərrəmov çıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki, Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas “qəhrəmanlarına” çevriliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi