General: “Azərbaycan ordusunun hərtərəfli hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”

General: “Azərbaycan ordusunun hərtərəfli hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb” “Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb”
Hərbi
13 Yanvar , 2016 23:40
General: “Azərbaycan ordusunun hərtərəfli hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”

Bakı. 13 yanvar. REPORT.AZ/ “Azərbaycanda ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub”.

“Report”un xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov deyib.

O bildirib ki, bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanda yerləşən hərbi hissələrin də maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb: “Yaradılmış şərait çağırış yaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir. Ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”.

Son xəbərlər

Orphus sistemi