Yuxarı
    Bağlamaq

    Gəncədə 146 hərbi qulluqçuya yeni mənzil verilib

    Xəqani Cəbrayılov: Hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir

    Bakı. 24 iyun. REPORT.AZ/ Gəncə şəhərində Silahlı Qüvvələrdə 20 il və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin təqdim olunması mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, birlik komandiri general-mayor Xəqani Cəbrayılov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirərək zabitlərə və onların ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.

    Sonra Silahlı Qüvvələrin sıralarında xidmət edən, istefada və ehtiyatda olan 146 hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub.

    Mərasimdə çıxış edənlər yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi