Yuxarı

Gənc əsgərlər Vətənə sədaqət andı içib

Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri övladlarını təbrik edərək onlara tövsiyələrini çatdırıblar

Bakı. 22 Fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin qarnizonunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin hərbi andı qəbul etmiş gənc əsgərlərə ünvanlanmış təbrikini çatdıran DSX rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov gənc əsgərləri nizam-intizamlı olmağa, Vətənin keşiyində ayıq-sayıq dayanmağa çağırıb.

O, Azərbaycan sərhədçilərinin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olmalarını diqqətə çatdırıb.

Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri övladlarını təbrik edərək onlara tövsiyələrini çatdırıblar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi