Füzulidə raket mühərrikinin alışdırıcısı aşkarlanıb

Füzulidə raket mühərrikinin alışdırıcısı aşkarlanıb Mühərrik alışdırıcısı zərərsizləşdirilməsi üçün ANAMA tərəfindən götürülüb
Hərbi
14 Mart , 2017 17:56
Füzulidə raket mühərrikinin alışdırıcısı aşkarlanıb
ANAMA

Bakı. 14 mart. REPORT.AZ/ Füzuli rayonunun Böyük Bəhmənli kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd 9M22U raketinin mühərrikinin alışdırıcısı (9X227) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlik tərəfindən 800 kv.m ərazi yoxlanılıb (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Ümumilikdə ANAMA yanvarın 1-dən martın 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 4 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 989 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 150 077 kv.m ərazi (458 617 kv.m əl, 288 500 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 289 960 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Son xəbərlər

Orphus sistemi