​Füzuli və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb

​Füzuli və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb ANAMA gün ərzində 10 600 kv.m ərazini təmizləyib
Hərbi
21 İyun , 2016 18:28
​Füzuli və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Füzuli və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub. 

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, ANAMA tərəfindən iyunun 21-də 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 10 600 kv.m ərazi təmizlənib.

Məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticədə 8 min kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə olaraq 2 600 kv.m ərazi yoxlanılıb.

Hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Ümumilikdə ANAMA tərəfindən aprelin 7-dən iyunun 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 23 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. Bu müddət ərzində 1 542 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi