Azərbaycan əsgərləri təntənəli surətdə hərbi and içiblər

Azərbaycan əsgərləri təntənəli surətdə hərbi and içiblər Onlara Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığı uğrunda döyüşə hər an hazır olmaları tövsiyə edilib
Hərbi
16 Fevral , 2015 11:51
Azərbaycan əsgərləri təntənəli surətdə hərbi and içiblər

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.

Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Son xəbərlər

Orphus sistemi