Əsgərlər Beyləqanda "Azərbaycanlıların soyqırımı" abidə-kompleksini ziyarət ediblər

Əsgərlər Beyləqanda "Azərbaycanlıların soyqırımı" abidə-kompleksini ziyarət ediblər Abidə önünə tər qərənfillər düzülüb, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Hərbi
31 Mart , 2016 18:40
Əsgərlər Beyləqanda Azərbaycanlıların soyqırımı abidə-kompleksini ziyarət ediblər

Bakı. 31 mart. REPORT.AZ/ Beyləqan bölgəsində xidmət edən hərbçilər Beyləqan şəhərindəki "Azərbaycanlıların soyqırımı" abidə-kompleksini ziyarət ediblər. Abidə önünə tər qərənfillər düzülüb, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə əsgər və zabitlərə ətraflı məlumat verilib. Əsgərlər Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların, eləcə də soyqırımı qurbanlarının intiqamını alacaqlarına və işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə and içiblər.

Son xəbərlər

Orphus sistemi