Yuxarı
    Bağlamaq

    Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalarının Komandanını qəbul edib

    Görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib

    Bakı. 19 may. REPORT.AZ/ Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalarının Komandanı, ordu generalı Abdullah Recepin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a DSX-dən məlumat verilib.

    Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunan yüksək nailiyyətlər, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması, ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələrlə tanış edilib.

    Qonaqlara Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib.

    Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, təlim-tədris sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi