Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib

Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib Bakı. 2 dekabr. REPORT.AZ/ 2017-ci ilin döyüş hazırlığı planına əsasən, Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Hərbi
2 Dekabr , 2017 13:35
Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ 2017-ci ilin döyüş hazırlığı planına əsasən, Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Artilleriya batareyalarının tədris-material bazası və şəxsi heyətin təchizatı yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, eləcə də fərdi və qrup halında normativləri icra ediblər.

Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi