Yuxarı

Ekspertlər: "Azərbaycan Ordusu ermənilərin istənilən təxribatının qarşısını almağa qadirdir"

Eksperlətr: "​Azərbaycan Ordusu ermənilərin istənilən təxribatının

557

"Ermənistan hökuməti ölkə daxilində mövcud olan və getdikcə dərinləşən problemlərdən vətəndaşların diqqətini yayındırmağa çalışır".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, Yerevanda hakimiyyət dəyişsə də, siyasətin əvvəli kimi qaldığını deyərək yeni hökümətin də problemlərin həlli üçün heç nə etmədiyini bildirib:

“Üç milyon əhalisi olan dövlətdə artıq 300-ə qədər koronavirusa yoluxma halı var. Ermənistan dövlətinin zəifliyi özünü virusla mübarizədə ciddi tədbirlər görməməkdə də göstərir. Bu baxımdan diqqəti yayındırmaq üçün cəbhə xəttində təxribatlara yol verirlər. Ermənistan vətəndaşlarının diqqətini Dağlıq Qarabağ məsələsinə bağlamağa çalışırlar. Yaddan çıxarıllar ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün ümummilli məsələdir. Cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Silahlı Qüvvələrimiz kifayət qədər güclənib. Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri bütün təxribatlara layiqli cavab verilir. Təsadüfi deyil ki, gündəlik statistikada Ermənistan tərəfdən atəşkəs rejiminin 30 dəfəyədək pozulması barədə xəbər oxuyuruq. Vaxtaşırı cəbhə xəttinin müxtəlif mövqelərindən, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təxribat törədirlər. Hər dəfə də layiqli cavablarını alırlar. Düşmən iki gün əvvəl Goranboy istiqamətində təxribat törədib və layiqli cavabını alıb. Düşmən bir hərbi qulluqçusunun zərərsizləşdirilməsi Azərbaycan əsgərinin erməni provakasiyasına cavabıdır. Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu ermənilərin belə hərəkətlərinə həmişə cavab verməyə hazırdır".

Mirzəzadə Aydın

Mövzuya münasibət bildirən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, hərbi ekspert Əkrəm Bəydəmirli bildirib ki, ermənilər tarixboyu təxribatçı əməllərini davam etdiriblər:

“Tarixə nəzər salsaq görərik ki, ermənilər yaranmış fürsətdən hər zaman istifadə edib öz təxribatçı əmələrini həyata keçiriblər. İstənilən vəziyyətlərdə, bu toplum yalnız öz çirkin niyyətlərini həyata keçirmək üçün yararlanıb. Hazırda da dünyada koronavirusun yayıldığı məqamda dövlətlər, toplumlar bu problemin aradan qaldırılmasına çalışdığı zamanda ermənilər cəbhə bölgəsində təxribatlarından əl çəkmirlər. Ancaq Azərbaycan Ordusu bütün vəziyyətlərdə erməni təxribatının qarşısını almağa qadirdir. Biz ordumuza güvənirik. Ermənilər isə sivil qonşuluq prinsiplərindən, təəssüf ki, məhrumdurlar”.

Əkrəm Bəydəmirli

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi