​Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu geri qayıdıb

​Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu geri qayıdıb Geri qayıdan qrupa 42 sülhməramlı daxildir
Hərbi
21 Yanvar , 2016 16:59
​Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu geri qayıdıb

Bakı. 21 yanvar. REPORT.AZ/ NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi