DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib

DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.
Hərbi
9 Oktyabr , 2019 15:52
DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

DSX-dən "Report"a bildirilib ki, zabit, gizir qismində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq arzusunda olan aşağıdakı ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

- Həkim-ümumi cərrah;

- Həkim-otorinolorinqoloq;

- Həkim-epidemioloq;

- Həkim-terapevt;

- Həkim-infeksionist;

- Həkim-rentgenoloq;

- Həkim-statistik;

- Həkim-travmatoloq-ortoped;

- Həkim-anestezioloq-reanimatoloq;

Namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:

- Kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

- Fiziki cəhətdən sağlam olmalı;

- Xidmətə qəbul olmaq istəyənlər Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdır.

Qeyd edək ki, xidmətə və ya işə qəbul olmaq istəyən kişi və qadın namizədlər DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi