Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış xidməti uğurlarla qarşılayır.
"Report"un məlumatına görə, Xidmətin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif müsabiqələr xüsusi yer tutur.
Ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində bədii ədəbiyyat, qəzet məqaləsi, təsviri sənət, mahnı, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə yaradıcılıq müsabiqələri, həmçinin orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqələrdə 1000 nəfərdən çox yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 30 şeir, 35 hekayə, 39 qəzet məqaləsi, 132 inşa yazısı, 21 mahnı və 136 rəsm və dekorativ-tətbiqi sənət əsəri müsabiqənin finalına buraxılmış, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.
Avqust ayının 13-də Dövlət Sərhəd Xidməti Akademiyasında
Tədbirdə çıxış edənlər ulu öndər
Mərasimdə müsabiqələrin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub, müsabiqəyə təqdim olunmuş təsviri sənət nümunələri nümayiş etdirilib.