Yuxarı

“Dəniz kuboku - 2017” müsabiqəsində “Üzən minaya artilleriya atışı” epizodu icra olunacaq - VİDEO

“Dəniz kuboku - 2017” müsabiqəsində “Üzən minaya artilleriya atışı” epizodu icra olunacaq - VİDEO
Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetirib

Bakı. 4 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışlarda iştirak edən Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetirib.

Azərbaycanın “G-124” gözətçi və Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmiləri isə gəmi heyətlərindən asılı olmayan səbəblərdən hədəflərdə yaranan texniki nasazlığa görə tapşırıqları növbəti gün icra edəcəklər.

Bu gün isə gəmi heyətləri müsabiqənin “Üzən minaya artilleriya atışı” epizoduna qatılaraq minaları təqlid edən hədəflərin məhv edilməsində yarışacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi