“Dəniz kuboku - 2017”: Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi birinci yerə layiq görülüb - VİDEO

“Dəniz kuboku - 2017”: Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi birinci yerə layiq görülüb - VİDEO Müsabiqədə Azərbaycanın hərbi dənizçiləri növbəti uğurlarını qazanıblar
Hərbi
8 Avqust , 2017 11:05
“Dəniz kuboku - 2017”: Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi birinci yerə layiq görülüb - VİDEO
Mod.gov.az

Bakı. 8 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.

Bu barədə "Report"a Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HHD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi