Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar və piyada əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar və piyada əleyhinə mina aşkarlanıb Bakı. 23 noyabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 29300 kv.m ərazi tam təmizlənib.
Hərbi
23 Noyabr , 2017 01:07
Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar və piyada əleyhinə mina aşkarlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 29300 kv.m ərazi tam təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 2 ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Cəmi: 6 gün ərzində 5 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 104800 kv.m ərazi tam təmizlənib, 32 400 kv.m (3.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 22 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində müxtəlif ərazilərə baxış keçirilib, 7 521 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi