Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb

    Kənddə habelə 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb© Foto: ANAMA

    Bakı. 17 may. REPORT.AZ/ Сəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1504 ədəd qəlpə, 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M-6IÇ)) və 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, nəticə etibarilə 27 324 kv.m (2.73 ha) ərazi tam təmizlənmiş, 32 500 kv.m (3.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

    Ümumilikdə 85 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 67 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 14 ədəd piyada əleyhinə mina (OZM-72) və 127 ədəd tank əleyhinə mina (27 ədəd TM-57 minası və 100 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

    İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 1 990 910 kv.m (199.09 ha) ərazi tam təmizlənib, 958 640 kv.m (95.86 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi