Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 26-dan sonra məlumatlandırılacaqlar.
Hərbi
19 İyun , 2019 15:14
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 26-dan sonra məlumatlandırılacaqlar.

Bu barədə "Report"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Çağırışçılar SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Bununla yanaşı, vətəndaşlar iyunun 26-dan etibarən xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Eyni zamanda müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. 

Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Son xəbərlər

Orphus sistemi