Bu ilin avqustunda Azərbaycanda keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsi ilə bağlı protokol imzalanıb

Bu ilin avqustunda Azərbaycanda keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsi ilə bağlı protokol imzalanıb Sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili əks olunub
Hərbi
17 Mart , 2017 11:53
Bu ilin avqustunda Azərbaycanda keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsi ilə bağlı protokol imzalanıb
Mod.gov.az

Bakı. 17 mart. REPORT.AZ/ Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan “Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili və keçirilməsi məsələləri əks olunub.

Protokolda müsabiqənin təşkil olunacağı yerə baxışın keçirilməsi, maddi-tədris bazasının hazırlanması, iştirakçıların, o cümlədən müxtəlif nümayəndələrin qarşılanması, yerləşdirilməsi, təminatı və yola salınması, həmçinin bir sıra digər məsələlər nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi