Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Hərbi
29 Dekabr , 2018 19:38
Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

“Report” xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunub.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Son xəbərlər

Orphus sistemi