Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün dünyada Beynəlxalq Sülh Günü qeyd olunur. “Report” xatırladır ki,
Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və birdəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”, - deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh Gününün builki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.