Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO Təlimlər sentyabrın 18-də başlayacaq
Hərbi
16 Sentyabr , 2017 15:44
Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO
Mod.gov.az

Bakı. 16 sentyabr. REPORT.AZ/ “TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi