​Beyləqanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib

​Beyləqanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib Tədbirdə xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib
Hərbi
16 Avqust , 2015 17:25
​Beyləqanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Bakı. 16 Avqust. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan Beyləqan şəhər "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib, hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

Tədbirin bədii hissəsində ana övladını hərbi xidmətə yola salıb, Dədə Qorqud əsgərlərə xeyir-dua verib.

Sonda əsgərlərin valideynləri ilə görüşləri təşkil edilib. Valideynlər hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Onlar əsgər yeməkxanasında və yataqxanasında da olublar.

Son xəbərlər

Orphus sistemi