Yuxarı

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə görüş keçirilib

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüş keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib. 

Görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi