Yuxarı

Bakının 6 yerində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq - SİYAHI

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunaca

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Azərbaycan Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Yasamal parkında (Lider TV yaxınlığında)

- Fəvvarələr meydanında.

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan, şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi