Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band&Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.