Yuxarı

​Azərbaycanla Sloveniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

İki ölkənin müdafiə nazirlərinin görüşü keçirilib

Bakı. 13 mart. REPORT.AZ/ Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Yanko Veber ilə görüşüb.

“Report” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi