Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.
Hərbi
12 Dekabr , 2017 18:41
Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.

Son xəbərlər

Orphus sistemi