Yuxarı
    Bağlamaq

    ​Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb

    İftixar Vayn: Pakistanın Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində mövqeyi dəyişilməzdir

    Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan İşçi Qrupunun görüşü davam edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkədə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. 

    O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində Pakistanın mövqeyinin dəyişilməz olduğunu bildirib.

    Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əmkdaşlıq planına daxil edilib.

    Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi