Yuxarı

​Azərbaycanın müdafiə naziri Moskvaya səfərə gedib

Zakir Həsənov rusiyalı həmkarının dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak edəcək

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskva şəhərinə gedib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, Z.Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi