​Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb

​Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb Zakir Həsənov: "Üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub"
Hərbi
2 Aprel , 2015 19:47
​Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçıları Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

İ.Qaribaşvili qonaqları salamlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafından razılıqla danışıb, hər üç ölkənin müxtəlif strukturları, o cümlədən müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

Baş nazir deyib ki, bu cür tədbirlər ölkələr arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə, tədbir iştirakçıları adından minnətdarlıq edib. Nazir bildirib ki, üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşün iştirakçıları Tbilisinin mərkəzində "Qəhrəmanlıq meydanı"na gələrək abidə kompleksi önünə nümayəndə heyətləri adından əklil qoyublar.

Son xəbərlər

Orphus sistemi